SUMQAYIT MƏHKƏMƏ KOMPLEKSİ- ƏDLİYYƏ SİSTEMİNDƏ İSLAHATLARIN UĞURU  

SUMQAYIT MƏHKƏMƏ KOMPLEKSİ- ƏDLİYYƏ SİSTEMİNDƏ İSLAHATLARIN UĞURU  

07.09.2021 Off By admin

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  bu ilin sentyabrın 3-də Sumqayıt Məhkəmə Kompleksinin açılışını edib, binada yaradılan şəraitlə tanış olub.

Konseptual baxımdan yeni olan, öz funksionallığı ilə fərqlənən və altı məhkəməni – Sumqayıt apellyasiya, regional inzibati, kommersiya və ağır cinayətlər, Sumqayıt şəhər, eləcə də müvəqqəti olaraq Qubadlı rayon məhkəmələrini əhatə edən Sumqayıt Məhkəmə Kompleksində innovasiyalar və digər avadanlıqlarla təchiz olunmaqla yaradılan müasir şərait təxminən 1 milyon 460 min əhaliyə rahat və əlçatan, keyfiyyətli məhkəmə xidmətlərinin göstərilməsinə yönəlib.

Artıq istifadəyə verilmiş yeni məhkəmə kompleksi sentyabrın 7-də ictimaiyyətə təqdim olunub. Bu münasibətlə Ədliyyə Nazirliyi tərəfindən aidiyyəti rəhbər işçilərin və hakimlərin, Milli Məclisin deputatlarının, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, Vəkillər Kollegiyasının, Mediasiya Şurasının, Azərbaycan Sahibkarlar Konfederasiyasının, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təmsilçilərinin, hüquqşünas alimlərin, vətəndaş cəmiyyəti və çoxsaylı KİV nümayəndələrinin iştirakı ilə geniş təqdimat keçirilib, media-tur təşkil olunub.

Tədbir iştirakçıları əvvəlcə bina ilə tanış olublar.

Bir açıq hava şəkili ola bilər

Bir içəridə şəkili ola bilərBir içəridə şəkili ola bilər

Bir içəridə şəkili ola bilərBir içəridə şəkili ola bilər

Bir içəridə şəkili ola bilərBir içəridə şəkili ola bilər

Bir cədvəl, ofis və içəridə şəkili ola bilərBir çiçək və içəridə şəkili ola bilər

Bir cədvəl və içəridə şəkili ola bilərBir mebel və içəridə şəkili ola bilər

 

Bildirilib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq məhkəmə sistemində islahatlar uğurla davam etdirilir, bu sahədə mühüm “yol xəritəsi” olan ölkə Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanının icrası ilə bağlı ardıcıl tədbirlər görülür. Məhkəmə infrastrukturunun müasirləşdirilməsi çərçivəsində rəqəmsal innovasiyalar tətbiq olunmaqla yüksək texnoloji – «hi-tech» məhkəmə bina və kompleksləri inşa olunaraq istifadəyə verilir.

Son 17 ildə dövlət büdcəsi hesabına və Dünya Bankının iştirakı ilə paytaxtda və bölgələrdə 35 məhkəmə, elə bir o qədər də ədliyyə qurumu üçün yeni, müasir bina və komplekslərin tikilərək istifadəyə verilməsi dövlətimizin başçısının diqqəti və qayğısı sayəsində məhkəmə-hüquq sistemində görülən ardıcıl tədbirlərin tərkib hissəsidir.

Ötən dövrdə Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan Respublikasının Ali Məhkəməsi üçün müasir, əsl Ədalət Sarayı olan möhtəşəm bina inşa olunaraq istifadəyə verilib. Dövlət başçısı həmçinin, Sabunçu, Şəki Məhkəmə komplekslərinin, eləcə də Yasamal, Nərimanov, Binəqədi və Oğuz Rayon məhkəmələri üçün yeni binaların açılışlarında iştirak edib. Bu ilin mayında isə ölkə başçısının iştirakı ilə Suraxanı Rayon Məhkəməsinin yeni inşa olunmuş müasir binası istifadəyə verilib. Açılış zamanı dövlət başçısına Masallı rayonunda inşa olunmuş Məhkəmə Kompleksinin virtual təqdimatı keçirilib və sonra geniş media-tur təşkil olunmaqla ictimaiyyətə təqdim edilib. Sumqayıt Məhkəmə Kompleksi isə respublikamızda inşa olunan sayca dördüncü məhkəmə kompleksidir.

İctimaiyyət və media nümayəndələri kompleksdə Müzəffər Ali Baş Komandanın yenilməz sərkərdəliyi ilə Vətən müharibəsində qazanılmış Zəfər salnaməsinə, işğaldan azad edilmiş doğma torpaqlarımızda dövlətimizin başçısının müasir çağırışlara uyğun həyata keçirdiyi, respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəal iştirakı və nəcib təşəbbüsləri ilə aparılan nəhəng bərpa-quruculuq işlərinə həsr olunan stendlərlə tanış olublar.

Məlumat verilib ki, burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə ədliyyə və məhkəmə sisteminin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşələr quraşdırılıb.

Sonra kompleksdə məhkəmə iclas zalları, ictimai və inzibati zonalar, hakimlər üçün və digər otaqlarla, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi və innovasiyalarla tanışlıq olub.

Bildirilib ki, binada quraşdırılmış müasir elektron məlumat daşıyıcıları vətəndaşlara məhkəmə prosesləri və onların keçiriləcəyi tarix, vaxt, məhkəmə zalı, hakim və digər məsələlərlə bağlı informasiyanı maneəsiz əldə etməyə imkan yaradır. Həmçinin əhalinin həssas təbəqəsi olan əlil vətəndaşların rahat hərəkət etmələri üçün binada bütün zəruri şərait vardır.

Digər müasir məhkəmə binalarında olduğu kimi, Sumqayıt Məhkəmə Kompleksi də inzibati və ictimai zonalara bölünür. İnzibati zona hakimlər və məhkəmə işçiləri, ictimai zona isə vətəndaşlar üçün nəzərdə tutulub. İcra məmurları, dövlət ittihamçıları və vəkillər də ictimai zonadan istifadə edəcəklər. Bununla da hakimlər və tərəflər arasında qeyri-prosessual münasibətlərin qarşısı alınır və onlar yalnız məhkəmə iclas zallarında görüşürlər.

Kompleksdə 24 məhkəmə iclas zalı – cinayət işlərinin baxıldığı 7 və mülki işlərin baxıldığı 17 zal fəaliyyət göstərir. Məhkəmə zallarında proseslərə “Elektron məhkəmə” informasiya sistemi və digər müasir İKT-lərin tətbiqi ilə daha keyfiyyətli baxılması üçün “Femida” sistemi quraşdırılıb ki, bununla proseslərin daha dəqiq və sürətlə protokollaşdırılması, audio-video yazılışı aparılır, məhkəmə sənədlərinin tərtibi asanlaşır, işlərə məsafədən videokonfrans formatında baxılması mümkün olur.

Cinayət işləri üzrə məhkəmə zallarında həmçinin, təqsirləndirilən şəxslər üçün xüsusi yer ayrılıb və burada monitor, mikrofon və vəkillə əlaqə saxlamaq üçün birbaşa telefon quraşdırılıb.

Eyni zamanda binada böyük akt zalı, müxtəlif tədbirlərin, o cümlədən tədris kurslarının keçirilməsi üçün zəruri avadanlıqla təchiz olunmuş konfrans və iclas zalları mövcuddur. Kitabxana məhkəmə-hüquq sahəsinə aid ədəbiyyatla, Azərbaycan tarixinə dair, Vətən müharibəsində Zəfər salnaməsinə həsr olunmuş müxtəlif dillərdə kitablar və digər yeni nəşrlərlə zəngindir.

İştirakçılar hakimlər və məhkəmə işçiləri üçün otaqlara da baxıblar. Məlumat verilib ki, 50-dək hakimin, ümumilikdə isə orada çalışacaq 240 işçinin fəaliyyəti, videokonfransların, təlimlərin və digər tədbirlərin təşkili üçün hər cür şərait vardır. Kompleksdə vətəndaşların qəbulu, dəftərxana, işlərlə tanışlıq, dövlət ittihamçıları və vəkillər üçün otaqlar, tibb, ana və uşaq otaqları da yerləşir.

Dörd korpusdan əsas və yardımçı tikililərdən ibarət olan kompleksin zirzəmi qatında isə qaraj, o cümlədən konvoy üçün təhlükəsiz dayanacaq, texniki təminat üçün qurğular, yanğın təhlükəsizliyi və server avadanlığı, arxiv, maddi sübutların saxlanıldığı yer, həmçinin arxa həyətdə müasir qazanxana, transformator, generator, içməli su və yanğın söndürmə yeraltı hovuzları və digər sahələr mövcuddur.

Bina ilə tanışlıqdan sonra kompleksin akt zalında keçirilən tədbirdə ölkə Prezidenti cənab İlham Əliyevin müasir çağırışlara uyğun həyata keçirdiyi islahatların məhkəmə-hüquq sistemini də əhatə etdiyi, bu sahədə görülən ardıcıl və məqsədyönlü tədbirlərin ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsinə, şəffaflığın artırılmasına, vətəndaşlara keyfiyyətli məhkəmə xidmətlərinin göstərilməsinə və onların əlçatanlığının genişləndirilməsinə yönəldiyi bildirilib.

Dövlət başçısının 03.04.2019-cu il tarixli Fərmanı ilə bu sahədə islahatların dərinləşdiyi, hakimlərin sosial müdafiəsinin və məhkəmələrin təminatının yaxşılaşdığı vurğulanıb, yeni yaradılmış ixtisaslaşmış – kommersiya məhkəmələrinin sahibkarların etibarlı məhkəmə müdafiəsinin təmin olunmasında mühüm fəaliyyəti, mediasiya institutunun təşviqi qeyd olunub.

Həmçinin Fərmanla 200 əlavə hakim ştatının ayrılmasının məhkəmələrin iş yükünün azaldılmasına, işlərə daha keyfiyyətlə baxılmasına xidmət etdiyi, bununla bağlı hakimlərin seçiminin davamlı xarakter alaraq məhkəmə korpusunun yüksək hazırlıqlı, innovasiyalara bələd və mənəvi keyfiyyətlərə malik hüquqşünaslarla komplektləşdirildiyi diqqətə çatdırılıb. Bildirilib ki, cari ildə şəffaf seçimdən uğur qazanmış 44 nəfər dövlət başçısının Sərəncamı ilə hakim vəzifələrinə təyin edilib, daha 125 namizəd isə müsabiqənin müxtəlif mərhələlərindədir. 150 nəfər hakimlik arzusunda olan şəxslər isə sənədlərini təqdim ediblər.

Sonra ədliyyə və məhkəmə sahəsində tətbiq olunan növbəti rəqəmsal innovasiyalar barədə video-çarx nümayiş etdirilib.

Bildirilib ki, dövlət başçısının sosial ədalətə əsaslanan islahatlarına, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın inklüziv cəmiyyətin inkişafı üzrə təşəbbüslərinə uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən innovasiyaların tətbiqinin genişləndirilməsi üzrə ardıcıl tədbirlər görülür.

Nazirlik tərəfindən aparılan on minlərlə normativ sənədi ehtiva edən “Hüquqi aktların vahid elektron bazası” vasitəsilə hər kəs ödənişsiz olaraq, ani rejimdə qanunvericilik aktlarını əldə edə bilir. Böyük Zəfər nəticəsində işğaldan azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşmanın təmin edilməsi, həmçinin vətəndaşlara və dövlət orqanlarına zəruri xidmətlərin göstərilməsi məqsədilə 1500-ə yaxın icra hakimiyyəti nümayəndəliklərinin nazirliyin informasiya resurslarına qoşulması ilə bölgə əhalisi barədə məlumatların elektron formatda, çevik və dəqiq qeydə alınması mümkün olub.

Eyni zamanda icra hakimiyyəti nümayəndəliklərinin “Elektron notariat” informasiya sisteminə qoşulması kənd təsərrüfatı təyinatlı torpaqların fermerlərin istifadəsinə verilməsini xeyli asanlaşdırıb. Ölkəmizin xaricdəki konsulluqlarının e-notariat sistemi vasitəsilə xidmətlər göstərməsi soydaşlarımızın rahatlığına yönəlib.

Həmçinin məlumat verilib ki, bələdiyyə fəaliyyətinin səmərəliliyinin artırılması, vətəndaşların bələdiyyələrə əlçatanlığının təmin olunması məqsədilə bələdiyyələrlə bağlı xüsusi portal  hazırlanıb. Bununla yanaşı, vergi, sığorta, aliment və digər borclar üzrə məhkəmə qərarlarının çevik icrası məqsədilə ödənişlərin birbaşa bank hesablarına yönəldilməsi təşkil olunmaqla, bu sahədə işin səmərəsi xeyli artıb. “Elektron məhkəmə” informasiya sisteminin prokurorluq orqanlarına inteqrasiyası ədalət mühakiməsinin daha səmərəli və çevik həyata keçirilməsinə imkan yaradıb.

Çıxış edənlər müasir məhkəmə binalarının istifadəyə verilməsinin məhkəmə sistemində aparılan islahatlara əlavə töhfə olmaqla məhkəmələrin fəaliyyətinin yüksək səviyyədə təmin olunmasına, məhkəmə hakimiyyətinə ictimai etimadın yüksəldilməsinə, vətəndaşların məhkəmələrə əlçatanlığının genişləndirilməsinə xidmət etdiyini bildirib, regionların hərtərəfli tərəqqisinə, xüsusilə ədalət mühakiməsinin səmərəliliyinə və məhkəmə sisteminin inkişafına göstərdiyi xüsusi qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etdilər.

Füzuli Əfqanoğlu,

“HAKİMİYYET.com”

Share