Sumqayıtda məişət tullantıları poliqonunda baş vermiş yanğın söndürülüb – FOTO

Sumqayıtda məişət tullantıları poliqonunda baş vermiş yanğın söndürülüb – FOTO

21.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Sumqayıt şəhərində məişət tullantıları poliqonunda baş vermiş yanğının söndürülməsi işləri başa çatıb.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın saat 20:55-də yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

***

Saat 18:06

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində məişət tullantıları poliqonunda yanğın olması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Share