Sumqayıtda məişət tullantıları poliqonunda yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)

Sumqayıtda məişət tullantıları poliqonunda yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)

10.04.2020 Off By admin

Bakı. Trend:

Sumqayıt şəhərində məişət tullantıları poliqonunda baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Trend övqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

XXX

11:43

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Sumqayıt şəhərində məişət tullantıları poliqonunda yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Share