Sumqayıtda Rusiya vətəndaşı qətlə yetirilib

Sumqayıtda Rusiya vətəndaşı qətlə yetirilib

14.08.2019

0:19

Sumqayıt şəhərinin sənaye zonasında Gübrə zavodunun yaxınlığında ölüm hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, 1975-ci il təvəllüdlü Rusiya Federasiyası Çeçenistan Respublikasının vətəndaşı Bislan Bakayev münaqişə zəminində hələlik şəxsiyyəti  məlum olmayan şəxs tərəfindən qətlə yetirilib.

B.Bakayev ürək nahiyyəsindən 1 və qulaq hissəsindən 2 bıçaq yarası alıb.  Onu bıçaqlayan şəxs hadisə yerindən qaçıb. Qətli törədən şəxsin saxlanılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat tədbirləri həyata keçirilir. Çeçenistan vətəndaşını bıçaqlayan şəxsin Ağcabədi sakini olduğu bildirilir. Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.

Hadisə ilə bağlı araşdırmalar aparılır.
Ramil Zeynallı

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email