Sumqayıtın “Xəzər bağları” massivində ətrafa yayılan qoxunun səbəbi məlum olub

Sumqayıtın “Xəzər bağları” massivində ətrafa yayılan qoxunun səbəbi məlum olub

23.10.2019

18:36

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sumqayıt şəhərinin “Xəzər bağları” massivində ətrafa iy-qoxunun yayılması ilə bağlı şikayət daxil olub. Nazirliyin əməkdaşları şikayəti yerində araşdırıblar.

Nazirliyin 4 saylı Regional Ekologiya İdarəsinin rəisi Mübariz Vəliyev AZƏRTAC-a bildirib ki, araşdırma zamanı iy-qoxunun “Xəzər bağları” massivi ilə Xəzər dənizi arasındakı qamışlıq sahədə səhər saatlarında baş verən yanğın nəticəsində ətrafa yayıldığı məlum olub. Yanğının hansı səbəbdən baş verdiyi aidiyyəti qurumlar tərəfindən araşdırılır.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email