Təhsil Nazirliyi Nazirlər Kabinetinin Sərəncamının icrası məqsədilə bütün təhsil müəssisələrinə tapşırıq verib

08.03.2020 Выкл. Автор admin

Xəbər verildiyi kimi, Nazirlər Kabinetinin Sərəncamına əsasən, yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınır.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Sərəncamın icrası məqsədilə nazirlik bütün rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə), ali təhsil və orta ixtisas təhsili müəssisələrinə, peşə təhsili müəssisələrinə, məktəbdənkənar təhsil müəssisələrinə və nazirliyin tabeliyində olan ümumi təhsil müəssisələrinə müvafiq tədbirlərin görülməsinin davam etdirilməsini tapşırıb.

Share