Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri Lənkəranda

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri Lənkəranda

16.12.2019 Off By admin

Dekabrın 16-da Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri Lənkəran Şəhər Təhsil Şöbəsində məktəb direktorları, müəllimlər və digər təhsil işçiləri ilə görüşüblər.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov rayonun təhsil göstəriciləri və əldə edilən nailiyyətlərdən danışıb.

Sonra İctimai Şuranın məsul katibi İlqar Orucov və qurumun üzvləri çıxış ediblər. Çıxışlarda Şura ilə sıx əməkdaşlıq, qurumun illik fəaliyyət planı, ümumtəhsil məktəblərinin idarəetmə metodunda tətbiq edilən yeniliklər və təhsil sahəsində həyata keçirilən islahatlardan bəhs olunub, eləcə də digər məsələlərə toxunulub.

Sonda rəy və təkliflər dinlənilib, suallar cavablandırılıb. Bildirilib ki, görüş çərçivəsində müzakirə edilən məsələlər İctimai Şura tərəfindən təklif olaraq Təhsil Nazirliyinə təqdim ediləcək.

Share