Təyyarə qəza enişi edib

Təyyarə qəza enişi edib

23.08.2019

9:49

“Hawaiian Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Honolulu (Havay) hava limanında qəza enişi edib.

“TASS”a istinadən verdiyi məlumata görə, Oklend (Kaliforniya) – Honolulu reysini həyata keçirən təyyarənin qəza enişi etməsinə səbəb salonda başlayan tüstülənmə olub.

Məlumata əsasən, qəza enişi nəticəsində 7 sərnişin xəsarət alıb, onların arasında uşaqlar da var.

Bildirilir ki, təyyarədə 184 sərnişin və 7 heyət üzvü olub.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email