Təyyarənin düşməsi nəticəsində 1 nəfər ölüb

Təyyarənin düşməsi nəticəsində 1 nəfər ölüb

18.08.2019

12:36

ABŞ-ın Nyu-York ştatının Pokipsi şəhərində “Cessna 303” təyyarəsi yaşayış evinin üstünə düşüb. Bu barədə ABC telekanalı ABŞ Federal Aviasiya İdarəsinə istinadla məlumat yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, təyyarənin içində olan üç nəfərdən biri qəza nəticəsində həlak olub. Təyyarənin çırpıldığı evdə bir kişi və iki qadın olub. Hadisədən sonra evdə yanğın baş verib. Qadınlardan biri ağır xəsarət alıb. Kişinin taleyi barədə məlumat yoxdur.

Xatırladaq ki, təyyarə Pokipsi şəhəri yaxınlığında yerə enməli idi. Federal Aviasiya İdarəsi hadisə ilə bağlı təhqiqata başlayıb.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email