Tacikistanın sərhəd zastavasına hücum edilib, ölənlər var

Tacikistanın sərhəd zastavasına hücum edilib, ölənlər var

06.11.2019

9:56

Ötən gecə 20 nəfərdən ibarət naməlum cinayətkar dəstə Tacikistanın paytaxtı Düşənbənin 60 kilometrliyindəki “İşkobad” sərhəd zastavasına hücum edib.

AZƏRTAC Tacikistanın Təhlükəsizlik Komitəsinin Sərhəd Qoşunları İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, maskada olan cinayətkarlar sərhəd qoşunlarının 5 avtomatını ələ keçiriblər.

Aparılan əməliyyat nəticəsində maskalıların 15 nəfəri öldürülüb, 5-i isə əsir götürülüb.

Atışmada Tacikistanın bir sərhədçisi və bir polis nəfəri həlak olub.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email