Torpaq sürüşməsində 6 ev dağılıb

Torpaq sürüşməsində 6 ev dağılıb

23.08.2019

10:10

Türkiyənin Zonguldak vilayətinin Kozlu rayonunda baş verən güclü torpaq sürüşməsi nəticəsində 6 ev tamamilə dağılıb.

AZƏRTAC xəbər verir ki, təbii fəlakət nəticəsində ən azı 20 nəfər evsiz qalıb. Zərərçəkən insanların müvəqqəti məskunlaşdırılması üçün tədbirlərə başlanılıb. Anidən baş verən sürüşmənin zəlzələ olduğunu sanan sakinlər böyük vahimə yaşayıblar.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email