Tramp onda koronavirus əlamətlərinin olmadığını bildirib

11.03.2020 Выкл. Автор admin

ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında onda koronavirus simptomlarının olmadığını, buna görə xüsusi bir testdən keçməyə ehtiyac görmədiyini bildirib.

APA TASS-a istinadən xəbər verir ki, dövlət başçısı bu barədə Ağ Evin həkimi ilə də danışıdığını deyib:

«Koronavirus testini vacib saymıram, lakin bunu edə bilərəm. Test üçün heç bir səbəb görmürəm, özümü çox yaxşı hiss edirəm. Ağ Evin həkimi ilə də danışdım. O da təsdiqlədi ki,  virusun heç bir əlaməti yoxdur».

Share