Tramp "WTI" markalı neftin qiymətinin düşməsini izah edib

Tramp "WTI" markalı neftin qiymətinin düşməsini izah edib

21.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“WTI” markalı neftin qiymətinin düşməsi əsasən maliyyə təzyiqləri nəticəsində baş verən qısamüddətli haldır.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən brifinq zamanı deyib.

D.Tramp bildirib: “Əgər siz bir ay əvvələ nəzər salsanız, düşünürəm ki, bir barelin qiyməti təxminən 25-28 dollar idi. <...> Bu, neft məsələsindən daha çox maliyyə məsələsidir. <...> Bu, sadəcə maliyyə təzyiqidir. <...> Daha əvvəl heç kim neftin qiymətinin mənfiiyə düşməsi barədə eşitməyib, lakin bu qısamüddətli haldır”.

Share