Əfsanəvi general Osman Pamukoğlu: Üçüncü Dünya Müharibəsi qaçılmazdır və bunu Amerika başlayacaq

Əfsanəvi general Osman Pamukoğlu: Üçüncü Dünya Müharibəsi qaçılmazdır və bunu Amerika başlayacaq

02.11.2019

21:48

Təqaüddə olan türkiyəli general-mayor Osman Pamukoğlu “Üçüncü dünya müharibəsi” adlı kitabını nəşr etdirib. Onun bu kitabı dünyada rezonans yaradıb. Belə ki, generalın nəşrində vurğulanır ki, yeni böyük müharibə qaçılmazdır. “Aydınlıq” qəzetinin yazdığına görə, Pamukoğlu kitabda bildirib ki, ABŞ, Çin və Rusiya arasında müharibə mütləq başlayacaq. Və ola bilsin ki, bu ölkələrdən ikisi üçüncüsünə qarşı birləşsin.

Türk general: Üçüncü Dünya Müharibəsi qaçılmazdır və bunu Amerika başlayacaq

İstefada olan general-mayor Osman Pamukoğlu yeni kitabında Üçüncü Dünya Müharibəsinin – yeni qlobal dünya qarşıdurmasının necə başlayacağını təsvir edir. Pamukoğlunun sözlərinə görə, “Yeni böyük müharibənin qaçılmaz olmasının ən aydın işarəsini görmək üçün böyük dövlətlərin illik büdcələrindən silahlanmaya ayrılan pullara diqqət yetirmək kifayətdir. Dünyanın fövqəldövlətləri  bu xərcləri ildən-ilə artırmaqda davam edir”.

Pamukoğlu hesab edir ki, bu müharibə keçmiş münaqişələrə bənzəyəcək və bunun üçün müəyyən şərtlər var.

“Əvvəlki kimi müharibə iqtisadi inkişafa istiqamət verən ölkələrin öz üstünlüklərini və resurslara nəzarəti itirməməsi və ya genişləndirməsi istəyi səbəbindən başlayacaq”, – deyə Pamukoğlu qeyd edir.

General Üçüncü Dünya Müharibəsinin bütün 5 qitəyə təsir etməyəcəyini iddia edir. Onun fikrincə, böyük müharibənin coğrafiyası Cənubi Amerika və Afrikanı əhatə etməyəcək. Müəllif həssas bölgələr kimi Baltikyanı, Şərqi Avropa, Balkanlar, Yaxın Şərq, Şərqi Asiya, Hind və Sakit okean bölgələrini göstərir.

İki dünya müharibəsində Rusiya Böyük Britaniya və Amerikanın müttəfiqi olub. Osman Pamukoğlu məhz bunu əsas gətirərək hesab edir ki, növbəti genişmiqyaslı müharibədə Rusiyan yenidən ABŞ-ın müttəfiqi olacaq. Onun fikrincə, Amerika – Rusiya və Çin – Hindistan müharibə edən tərəflər ola bilər. Bununla yanaşı, qəzet qeyd edir ki, Pamukoğlunun Rusiyanın Amerikanın tərəfini tutması və Çinə qarşı müttəfiq davranması ilə bağlı hər hansı bir konkret dəlil söyləmək çətindir.

“Müharibə vəziyyətin dözülməz hala gələcəyi və Amerika Birləşmiş Ştatlarının bu tərəfdən çıxış edəcəyi vaxtda başlayacaq” deyə o, əlavə edib.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email