“Türk Hava Yolları” Çinin bir neçə şəhərinə uçuşları ləğv edib

31.01.2020 Off By admin

“Türk Hava Yolları” aviaşirkəti fevralın 9-dək Çinin Pekin, Quancou, Şanxay və Sian şəhərlərinə səfərləri ləğv edib.

AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin media müşaviri Yahya Üstün məlumat verib.

Məlumatda bildirilir ki, uçuşlar Çində aşkarlanan və dünyada sürətlə yayılan koronavirus (2019-nCoV) səbəbindən müvəqqəti dayandırılıb.