Türkiyə-Azərbaycan oyununun stadionu açıqlandı

19.02.2020 Off By admin

Azərbaycan və Türkiyə milli komandaları arasında yoldaşlıq oyunu Alanyadakı “Oba” stadionunda keçiriləcək.

BakuPost AFFA-nın saytına istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF) ilə əldə olunmuş razılığa əsasən, qarşılaşma bu il mayın 26-da keçiriləcək.

Matçın başlama saatı hələ açıqlanmayıb.

Share