Türkiyə DƏHŞƏTLİ SİLAHINI dünyaya nümayiş etdirdi — VİDEO

02.03.2020 Выкл. Автор admin

Türkiyə mənbələri ordunun istifadəsinə verilən “sürü ihalar”la bağlı yeni məlumatlar yayıb.

Publika.az xəbər verir ki, yeni pilotsuz aparatların ən böyük özəlliyi onların GPS sistemi olmayan ərazilərdə də uça bilməsidir. Bu da onların düşmən radarları tərəfindən müəyyən edilməsini çətinləşdirir. Məlumata görə, proqram bir neçə aparata yüklənir. Digər aparatlar isə proqram yüklənən əsas cihazları təqib edir. Yerli mənbələr yazır ki, Suriyadakı son döyüşlər Türkiyə Hava Qüvvələrinin döyüş qabiliyyətinin hansı səviyyədə olduğunu ortaya qoyub.

Mütəxəssislər hesab edir ki, Türkiyənin Suriyadakı pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar müharibə tarixində bir ilkdir. Türkiyə ordusu hərbçilərin həyatını təhlükəyə atmadan düşmən mövqelərinə həlledici zərbələr endirir. Qeyd edək ki, ötən gün prezident adminstrasiyası “sürü ihalar”ın görüntülərini yayaraq, pilotsuz aparatların istifadəyə hazır olduğunu bəyan edib. Pilotsuz aparatlara raketlərin yerləşdirilməsi istisna olunmur.

Share