Türkiyə İrana koronavirusla mübarizədə «Skype» vasitəsilə kömək edəcək

04.03.2020 Выкл. Автор admin

«Türkiyə İran da daxil olmaqla 9 ölkəyə koronavirusla mübarizədə «Skype» vasitəsilə kömək edəcək».

APA-nın «Anadolu» agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca deyib.

Nazir İran da daxil olmaqla 9 ölkənin yeni tip konavirusla mübarizədə Türkiyənin apardığı elmi araşdırmaları öyrənmək istədiklərini bildirib.

O, elmi mübadilə prosesinin bu gün başlayacağını vurğulayıb.

Share