Türkiyə ordusu İraqın şimalında 44 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu İraqın şimalında 44 terrorçunu zərərsizləşdirib

03.05.2021 Выкл. Автор admin

Türkiyənin milli müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi Yaşar Gülər ​​və Quru Qoşunları Komandanı Ümit Dündarın müşayiəti ilə İraqın şimalındakı hərbi bazanı ziyarət edib.

Trend-in «Anadolu»ya istinadən verdiyi məlumata görə, H.Akar bildirib ki, «Pençe-Şimşek» və «Pençe-Yıldırım» əməliyyatları uğurla davam edir.

Onun sözlərinə görə, hazırkı dövrədək əməliyyatlar çərçivəsində 44 terrorçu zərərsizləşdirilib: «Türkiyə terrorizmin kökünü kəsməyə qadirdir. İraqın şimalında ən qısa zamanda sülh və əmin-amanlıq təmin ediləcək».

Qeyd edək ki, «Pençe-Şimşek» və «Pençe-Yıldırım» əməliyyatları aprelin 23-ü başlayıb.

«Hakimiyyet.com»

Share