Türkiyə Prezidenti AVRO-2020-nin oyunlarını Bakıda izləyəcək
16.12.2019“AVRO-2020-nin final mərhələsinin A qrupunun Bakıda keçiriləcək oyunlarını Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə izləyəcəyəm”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 15-də bir neçə televiziya və radioya verdiyi müsahibəsində bildirib.
O, Türkiyə futbolu ilə bağlı danışarkən qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə bu matçları birlikdə seyr etməyi düşünür: “Bu oyunlarla bağlı İlham Əliyev qardaşımla da söhbətimiz olub. O, bu matçları birlikdə seyr etməyimiz üçün məni Bakıya dəvət edib. Əminəm ki, bu dəfə uğur Türkiyənin olacaq”.