Türkiyə son 15 gündə 38 terrorçunu zərərsizləşdirib

Türkiyə son 15 gündə 38 terrorçunu zərərsizləşdirib

19.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Türkiyə ordusu son 15 gündə 38 terrorçunu zərərsizləşdirib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi  açıqlama  yayıb.

Məlumatda bildirilib ki, ölkə daxilində və xaricində terrorla mübarizənin davam edir. 15 iyul 2016-cı ildən bəri FETÖ ilə mübarizə çərçivəsində Türkiyə Silahlı Qüvvələrindən (TSK) 19 min 397 kadrın işdən çıxarıldığı, 5034-nün haqqında isə inzibati qaydada məhkəmə işinin davam edildiyi qeyd olunub.

Açıqlamada həmçinin yeni növ koronavirusla mübarizə ilə əlaqədar TSK nəzdində 10 milyon tibbi maska, 110 min xüsusi tibbi geyim, 40 min litr isə dezinfeksiyaedici məhlul hazırlandığı da qeyd olunub.

Share