Türkiyə Super Liqası: “Qalatasaray” növbəti dəfə qələbə qazanıb

Türkiyə Super Liqası: “Qalatasaray” növbəti dəfə qələbə qazanıb

14.02.2021 Выкл. Автор admin

Türkiyə Super Liqasında XXV turun daha 4 oyunu keçirilib. Liderlər qrupunda qərarlaşan “Qalatasaray” ev matçına çıxıb.

Fatih Terimin kollektivi elitada qalmağa çalışan “Kasımpaşa”nı minimal hesabla üstələyib. “Göztəpə”nin qonağı olan son çempion “Başakşəhər” səfərdən xalsız dönüb.

Turnir cədvəlində qonşu olan “Hatayspor”la “Alanyaspor”un duelində isə sülh qeydə alınıb.

Fevralın 15-də keçiriləcək “Gənclərbirliyi” – “Beşiktaş” (17:00) və “Antalyaspor” – “Yeni Malatyaspor” (20:00) görüşləri ilə tur başa çatacaq.

«Hakimiyyet.com»

Share