Türkiyədə 1615 nəfər koronavirusdan sağaldı –  31-i öldü

Türkiyədə 1615 nəfər koronavirusdan sağaldı – 31-i öldü

18.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Türkiyədə yeni növ koronavirus (COVİD-19) aşkarlanan şəxslərin sayı 150 min 593 nəfərə çatıb.

bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saat ərzində ölkədə 31 nəfər koronaviruslu xəstə dünyasını dəyişib, 1158 nəfər isə infeksiyaya yoluxub.

Ümumilikdə ölkədə COVİD-19-dan vəfat edənlərin sayı isə 4171 nəfərə çatıb.

Türkiyədə bu gün koronavirusdan sağalanların sayı isə 1615 nəfər təşkil edir.

Share