Türkiyədə koronavirusdan daha 123 nəfər ölüb

Türkiyədə koronavirusdan daha 123 nəfər ölüb

20.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Türkiyədə son 24 saat ərzində daha 123 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə öz “Twitter” səhifəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 2140 nəfərə çatıb.

Ölkədə 4 674 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 90 980 nəfərə çatıb.

Onun sözlərinə görə, ötən sutka ərzində 1454 nəfər sağalıb, sağalanların ümumi sayı 13 430 nəfər təşkil edir.

Share