Türkiyədə oyuncaq ayının içində yerləşdirilmiş partlayıcı maddə ələ keçirilib

Türkiyədə oyuncaq ayının içində yerləşdirilmiş partlayıcı maddə ələ keçirilib

07.08.2019

21:56

Türkiyənin Konya vilayətinin Ereğli rayonunda avtomobildə oyuncaq ayının içində yerləşdirilmiş partlayıcı maddə ələ keçirilib.

AZƏRTAC xəbər verir ki, faktla bağlı səkkiz nəfər Suriya vətəndaşı saxlanılıb.

Nəzarətə alınanların PKK terror təşkilatı ilə əlaqəli olduqları və partlayıcı maddəni təşkilatın əli ilə ölkəyə gətirdikləri ehtimal olunur.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email