Türkiyədə son sutka ərzində koronavirusdan 126 nəfər ölüb

Türkiyədə son sutka ərzində koronavirusdan 126 nəfər ölüb

17.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Türkiyədə son 24 saat ərzində daha 126 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə öz “Twitter” səhifəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 1769 nəfərə çatıb.

Ölkədə 4 353 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 78 546 nəfərə çatıb.

Onun sözlərinə görə, ötən sutka ərzində 1542 nəfər sağalıb, sağalanların ümumi sayı 8631 nəfər təşkil edir.

Share