Türkiyənin 31 əyalətinə giriş və çıxış qadağasının müddəti uzadılıb

Türkiyənin 31 əyalətinə giriş və çıxış qadağasının müddəti uzadılıb

19.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Türkiyənin 31 əyalətinə giriş və çıxış qadağasının müddəti 15 gün uzadılıb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Məlumata əsasən, aprelin 19-u saat 00:00-dan etibarən yer, dəniz və hava əlaqəsi daha 15 gün müddətinə dayandırılır.

Məhdudiyyətlər Adana, Ankara, Antalya, Aydın, Balıkesir, Bursa, Dənizli, Diyarbəkir, Ərzurum, Əskişəhər, Qaziantep, Hatay, İstanbul, İzmir, Qəhrəmanmaraş, Kayseri, Konya, Malatya, Manisa, Mardin, Mersin, Muğla, Ordu, Sakarya, Samsun, Şanlıurfa, Tekirdağ, Trabzon, Van və Zonquldağ əyalətlərinə aiddir.

Qeyd edək ki, Türkiyədə yeni növ koronavirusa 82 329 nəfər yoluxub, 1890 nəfər isə dünyasını dəyişib.

Share