Türkiyənin 31 böyük şəhərinə giriş-çıxış qadağası daha 15 gün uzadılıb

Türkiyənin 31 böyük şəhərinə giriş-çıxış qadağası daha 15 gün uzadılıb

18.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Türkiyənin 30 vilayətinə və tənəffüs yolları xəstəliklərinin çox yayıldığı Zonguldağa giriş-çıxış qadağası daha 15 gün uzadılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Daxili İşlər Nazirliyinin məlumatında bu barədə bildirilib.

Məlumatda qeyd edilib ki, bu gecə saat 00:00-dan sonra Ankara, Antalya, Adana, Aydın, Balıkesir, Bursa, Denizli, Diyarbakır, Erzurum, Eskişehir, Gaziantep, Hatay, İstanbul, İzmir, Kahramanmaraş, Kayseri, Kocaeli, Konya, Malatya, Manisa, Mardin, Mersin, Muğla, Ordu, Sakarya, Samsun, Şanlıurfa, Tekirdağ, Trabzon, Van vilayətlərinə və Zonquldağa quru, hava və dəniz yolu ilə ictimai və özəl nəqliyyat vasitələrinin daxil olması və çıxışı qadağan olunur.

Share