
Türkiyənin vitse-prezidentilə Rusiyanın Baş Naziri arasında telefon danışığı olub
22.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Türkiyənin vitse-prezidenti Fuat Oktayla Rusiyanın Baş Naziri Mixail Mişustin arasında telefon danışığı olub.
APA-nın yerli bürosunun «Anadolu» agentliyinə istinadla verdiyi xəbərə görə, telefon söhbətində hər iki dövlət rəsmisi yeni növ koronavirusla (COVID-19) mübarizədə əməkdaşlıq, ikitərəfli əlaqələri və regional məsələlər haqqında müzakirə aparıblar.
Fuat Oktay COVID-19 pandemiyası ilə mübarizədə Türkiyənin qazandığı təcrübəni bölüşə biləcəyini vurğulayıb.
Telefon söhbətində bundan başqa iki ölkə arasında ticarət həcminin 100 milyard dollara çatdırılması və COVID-19 səbəbindən mövcud layihələrə fasilə verilməməsi məsələlərinə də toxunulub.