Türkmənistanda velosiped yarışı keçiriləcək – koronavirus bunların vecinə deyil

Türkmənistanda velosiped yarışı keçiriləcək – koronavirus bunların vecinə deyil

06.04.2020 Off By admin

Ümumdünya Səhiyyə Günü münasibəti ilə planlaşdırılan kütləvi şənliklər aprelin 7-də Türkmənistanda velosiped gəzintisi, mədəni və idman tədbirləri də daxil olmaqla keçiriləcək.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə məlumatı TDH dövlət xəbər agentliyi yayıb.

Ötən gün Nazirlər Kabinetinin iclasında Prezident Qurbanqulu Berdiməhəmmədov Aşqabad meri Yaztaqan Qılıcova paytaxtın Sağlamlıq Yolunda və idman yerlərində kütləvi velosiped gəzintisinə, digər mədəni və idman tədbirlərinə hazırlaşmağı tapşırıb.

Prezidentin sözlərinə görə, bu tədbirlər Türkmənistanın fiziki sağlamlığının yaxşılaşdırılması üçün vacibdir.

Xatırladaq ki, 2019-cu ildə dünyanın ən uzun kütləvi velosiped yürüşünə görə Türkmənistan Ginnesin Rekordlar Kitabına daxil edilib.

3 iyul Velosiped Günündə 2019 nəfər olan türkmən velosipedçiləri bir sıraya düzülüb və 3300 metr məsafədə Olimpiya şəhərciyi ətrafında velosiped sürüblər.

Bu, Türkmənistanın kütləvi velosiped idmanı sahəsində ikinci rekordudur. 2018-ci ildə kütləvi velosiped yarışının iştirakçıları Prezident Qurbanqulu Berdiməhəmmədov ilə birlikdə dünya rekordu qırıblar və “Ən kütləvi velosiped dərsi” nominasiyasına görə Ginnesin Rekordlar Kitabına daxil olublar.

Share