ÜÇ DƏFƏ İŞDƏN ŞIXARIAN GƏNÇ ALİM ÜÇ DƏFƏ DƏ İŞİNƏ GERİ QAYTARILDI!

ÜÇ DƏFƏ İŞDƏN ŞIXARIAN GƏNÇ ALİM ÜÇ DƏFƏ DƏ İŞİNƏ GERİ QAYTARILDI!

08.07.2021 Off By admin
Astara təhsilində yeni şok hadisə yaşanıb. Təhsil müdiri Rəşad Həsənov tərəfindən 3 dəfə işdən çıxarılan psixoloq alim, 3-cü dəfə işə bərpa olunub.

Son vaxtlar ən qalmaqallı və bərbad təhsil təhsil göstəricilərinə sahib Astara təhsilində 2018-ci ildən bəri baş verən dramatik hadisələrə, daha bir həlqə əlavə olunub.
Haşiyə: Astara təhsili, Qızbəs Məmmədovanın rəhbərliyində onsuz da bərbad vəziyyətdə idi, lakin Q. Məmmədova  “nüfuzlu” şəxslərlə konfiliktdən çəkinirdi. 2018-ci ildə onun yerinə gələn Rəşad Həsənov daha cəsarətli çıxdı. Amma, bu cəsarət, nadanlıq cəsarətindən idi. O, xoşuna gəlməyən hər kəsi “bitirə biləcəyini” düşünərək, heç nədən çəkinmədən, hər istədiyini etdi. Hətta, rayonun elm adamlarını da “qılıncdan keçirdi”.
Konkret olaraq, Astara şəhər 6 saylı məktəbdə psixoloq vəzifəsində çalışan gənc alim Daşqın Əliyevin və Artupa kənd məktəbinin direktoru olan təhsil eksperti Zaur Hüseynovun “başını yedi”.
Lakin, bu “cəngavərlik,” təcrübəsiz Həsənova çox baha başa gəldi və onun “qılıncı daşa dəydi”. Belə ki, gənc alimlərin hər ikisi haqlı olduqlarını konkret sənədlərlə sübut etdilər. Haqsız yerə işdən çıxarıldıqlarına görə hər ikisindən üzr istənildi, RTŞ-də vəzifəyə dəvət olundular. Heç biri, bu təklifi qəbul etməsə də, həmçinin, nadan təhsil müdiri ilə çalışmaq istəməsə də, Daşqın bəy keçmiş işinə-məktəb psixoloqluğuna qayıtmağa razılaşdı və şəhər 4 saylı məktəbi seçdi.
Alverçi təfəkkürlü R. Həsənov düşünürdü ki, bununla da “təhlükə sovuşdu” və gənc alimlər artıq onun fəaliyyətini tənqid etməyəcək. Amma, yenə yanıldı: rayon təhsilindəki özbaşınalıqların tempi artdıqca, gündəmə gəlmə radiusu da böyüdü.
Gözləntisi doğrulmayan Həsənov, 2020-ci ilin noyabrında gənc alim Daşqın Əliyevi, karantinin düz ortasında işdən çıxarıb “sərt cəzalandırmaq” eşqinə düşdü. Psixoloq alim, bunu öncədən duyduğu üçün, hadisələri qabaqlayaraq istefa verməyə hazır olduğunu bəyan etdi, Həsənovu da istefaya dəvət etdi.
Planının pozulduğunu görən “müdrik” təhsil müdiri, gənc alimi 2-ci dəfə işə bərpa etməyə məcbur qaldı.
Lakin, sonrakı aylarda da gedişat dəyişmədi: nə Daşqın Əliyev prinsiplərindən vaz keçdi, nə də Həsənov prinsipsizliyindən.
Beləcə, 2021-ci ilin aprel ayında Rəşad Həsənov yeni bir hücuma keçərək, gənc alimi 3-cü dəfə işdən çıxartdı.
O, düşünürdü ki, bu dəfə işi birdəfəlik həll edib və artıq heç bir “təhlükə” yoxdur. Hətta, gənc alimlə son haqq hesab aparılmadan o, işdən çıxarıldı.
Amma, “Sən saydığını say, gör fələk nə sayır”! Hüquqi müstəvidə də mübarizəyə keçən D. Əliyev öncə, Dövlət Əmək Müfəttişliyi Xidməti, ardınca da məhkəmə vasitəsilə Həsənovu ifşa etdi və cəzalandırdı.
Belə ki, may ayında Müfəttişlik, psixoloqa ödənilməli olan vəsaitin ödənilməsi barədə mövqe bildirdi və qanun pozuntusunu təsbit etdi.
Daha sonra isə 30 iyun tarixində, Astara Rayon Məhkəməsi, Daşqın Əliyevin işə bərpa və ödənilməyən əmək haqqısının ödənilməsi barədə iddiasını təmin etdi və gənc alimin haqlı olduğunu bəyan etdi.
Beləcə, Həsənov, “baş rolda çəkildiyi” komediya filmlərini daha da zənginləşdirmiş oldu.
İndi artıq bütün Astara, Təhsil müdirinin biabırçı məğlubiyyətindən danışır.
Belə görünür ki, bu unikal və ilginc hadisə, bütün ölkədə məşhurlaşacaq, haqqında yazılar yazılacaq, filmlər çəkiləcək.
R.Həsənov deyəsən, “filmlərdə yer almağı” çox sevir, amma anlamır ki, MƏNFİ OBRAZDA “çəkilməkdədir”…
“Gənc Alimlər”in hazırladığı bu çarx da, həmin filmlərin kiçik bir versiyasıdır.
P.S. Qeyd edək ki, cəmiyyətdə Yunis Dürüst imzasıyla tanınan D. Əliyev Azərbaycanda sosial şəbəkələrə dair yeganə psixoloji kitab olan “Feysbukun və həyatın sirləri” kitabının müəllifidir.
Share