UEFA Avropa Liqası: “Şaxtyor” səfərdə vacib qələbə qazanıb

13.03.2020 Выкл. Автор admin

Martın 12-də UEFA Avropa Liqasında səkkizdəbir final mərhələsinin növbəti oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, Ukraynanın «Şaxtyor» klubu səfərdə Almaniyanın «Volfsburq» komandasının qonağı olub. Görüş Donetsk təmsilçisinin səfər qələbəsi ilə başa çatıb — 2:1. Bu görüşlərdə tərəflər hərəyə bir penaltidən yararlana bilməyiblər.

Almaniyanın digər təmsilçisi «Bayer Leverkuzen» Şotlandiyada «Reyncers» üzərində inamlı qələbə qazanıb — 3:1. Bu matçda isə Leverkuzen komandası qollarından ikincisini penaltidən vurub.

İngiltərənin «Vulverhempton» komandası isə Yunanıstanda «Olimpiakos»la heç-heçəyə nail olub — 1:1.

Az əvvəl xəbər verdiyimiz kimi, Türkiyənin turnirdə yeganə təmsilçisi “Başakşehir” Danimarkanın “Kopenhagen” komandasını qəbul edib. İstanbul komandası Edin Vişçanın 88-ci dəqiqədə penaltidən vurduğu qolla qələbəyə nail olub — 1:0.

Qeyd edək ki, «Sevilya» (İspaniya) — «Roma» (İtaliya) və «İnter» (İtaliya) — «Xetafe» (İspaniya) görüşləri təxirə salınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Share