UEFA Çempionlar Liqasının play-off

UEFA Çempionlar Liqasının play-off

22.08.2019

9:42

UEFA Çempionlar Liqasının play-off mərhələsinin daha üç oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, Rusiya təmsilçisi “Krasnodar” səfərdə Yunanıstanın “Olimpiakos” klubuna böyük hesabla məğlub olub (4:0), “Dinamo Zaqreb” (Xorvatiya) isə doğma azarkeşlər önündə “Rosenborq”un (Norveç) qapısından iki cavabsız top keçirib. “Yanq Boyz” (İsveçrə) – “Crvena Zvezda” oyununda qalib müəyyənləşməyib (2:2).

Xatırladaq ki, mərhələnin ilk oyun günündə Kiprin APOEL klubu öz meydanında Hollandiya təmsilçisi “Ayaks” ilə qolsuz heç-heçə edib.

Belçikanın “Brügge” klubu səfərdə LASK-ı (Avstriya), Çexiyanın “Slaviya” komandası isə Rumıniyada ÇFR-i eyni hesabla məğlub edib (0:1).

Bu komandalar aranda cavab qarşılaşmaları avqustun 27-28-də olacaq.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email