Ukrayna təyyarəsində ölənlərin yaxınları İranda məhkəmə orqanlarından şikayət ediblər

Ukrayna təyyarəsində ölənlərin yaxınları İranda məhkəmə orqanlarından şikayət ediblər

19.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Tehranda Ukrayna təyyarəsinin səhvən vurulması nəticəsində həlak olan sərnişinlərin ailələri İran Silahlı Qüvvələrinin Məhkəmə-Hüquq Təşkilatını məhkəməyə verib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə təşkilatın lideri Şükrulla Bəhrami bildirib.

“Ölənlərin çoxunun ailəsi Silahlı Qüvvələrin Məhkəmə-Hüquq Təşkilatına qarşı iddia qaldırıb”, – Bəhrami belə deyib.

O, əlavə edib ki, “təşkilat bu proses çərçivəsində şikayətləri araşdıran orqandır”.

Bəhraminin sözlərinə görə, “bir neçə mütəxəssis qrupu bu bədbəxt hadisənin müxtəlif tərəflərini araşdırır”.

Share