Ukraynada koronavirusa yoluxanların sayı 2,2 mini ötüb

Ukraynada koronavirusa yoluxanların sayı 2,2 mini ötüb

11.04.2020 Off By admin

Bakı. Trend:

Ukraynada yeni növ koronavirusa yoluxanların sayı 2203 nəfərə çatıb.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bunu Ukraynan səhiyyə naziri Maksim Stepanov “İnter” telekanalının efirində deyib.

Nazir bildirib: “Xəstələnən 2203 nəfərdən 334-ü tibb işçisidir. Biz onları mümkün qədər fərdi qoruyucu vasitələrlə təmin etmək üçün hər gün çalışırıq”.

Bundan əlavə, Ukraynada koronavirusdan 69 nəfər dünyasını dəyişib, 61 nəfər isə xəstəlikdən sağalıb. Ən çox yoluxma halları ölkənin paytaxtı Kiyevdə və qərb regionlarında qeydə alınıb.

Share