UNEC-in tələbəsi ACCA imtahanında dünyada ən yüksək nəticə göstərib

UNEC-in tələbəsi ACCA imtahanında dünyada ən yüksək nəticə göstərib

17.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

UNEC-in tələbəsi ACCA-nın (Association of Chartered Certified Accountants – İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası) Financial Reporting (Maliyyə hesabatı) imtahanında dünyada ən yüksək nəticəni əldə edib.

UNEC-dən APA-ya verilən məlumata görə, Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) 2-ci kurs tələbəsi Nizgan Cəbiyeva dünyanın bir çox ölkəsindən Financial Reporting imtahanında iştirak edən tələbələr arasında ən yüksək nəticə ilə (97%) ACCA-nin Global Prizewinner (Qlobal mükafatçı) adını və pul mükafatını qazanıb.

N.Cəbiyeva bundan öncə 96% nəticə ilə ACCA-nin Financial Accounting (f3) (Maliyyə uçotu) sertifikatını əldə edib.

Qeyd edək ki, ACCA maliyyə, mühasibat uçotu və audit sahəsində peşəkar mütəxəssislərin qlobal birliyidir. ACCA imtahanları dünyanın aparıcı beynəlxalq şirkətlərı tərəfindən tanınır və işə qəbul zamanı yüksək qiymətləndirilir.

 

Share