“ÜST ABŞ və digər ölkələrdən heç nə gizlətmir”

“ÜST ABŞ və digər ölkələrdən heç nə gizlətmir”

21.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus təşkilatın ABŞ və digər ölkələrdən heç bir şey gizlətmədiyini bildirib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə o, Cenevrədə keçirilən brifinqdə danışarkən deyib və təşkilatın ABŞ-da Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərinin mütəxəssisləri ilə sıx əməkdaşlıq etdiyini də xatırladıb.

“ÜST-də heç bir sirr yoxdur, çünki söhbət insan həyatından gedir. Eyni zamanda, amerikalı mütəxəssislərlə əməkdaşlıq ABŞ-dan heç bir şeyin gizlədilməməsi deməkdir”, – deyə ÜST rəhbəri izah edib.

Share