ÜST: Dünyada koronavirusa yoluxanların sayı 85 mindən çox artıb

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 85 mindən çox artıb

18.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Aprelin 18-i saat 12:00 üçün dünyada koronavirusa yoluxanların sayı 2 160 207 nəfərə çatıb.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 85 678 nəfər yeni koronavirusa yoluxub, 6 710 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 2 160 207 nəfərə, ölənlərin isə 146 088 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb – 1 086 889 yoluxma və 97 201 ölüm halı. Avropa regionunda sutka ərzində 36 018 yoluxma halı, 3 721 ölüm halı qeydə alınıb.

İkinci yerdə Cənubi və Şimali Amerika qərarlaşıb. Burada aprelin 15-nə olan məlumatlara əsasən, yoluxanların sayı 784 272 nəfərə, ölənlərin sayı isə 35 742 nəfərə çatıb.

Share