ÜST: Son sutkada dünyada koronavirusa yoluxanların sayı 76 mindən çox artıb

ÜST: Son sutkada dünyada koronavirusa yoluxanların sayı 76 mindən çox artıb

13.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Aprelin 13-si saat 12:00 üçün dünyada koronavirusa yoluxanların sayı 1 773 084 nəfərə çatıb.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 76 498 nəfər yeni koronavirusa yoluxub, 5 702 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 1 773 084 nəfərə, ölənlərin isə 111 652 nəfər çatıb.

Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb – 913 349 yoluxma və 77 419 ölüm halı. Avropa regionunda sutka ərzində 33 243 yoluxma halı, 3 183 ölüm halı qeydə alınıb.

İkinci yerdə Cənubi və Şimali Amerika qərarlaşıb. Burada aprelin 13-nə olan məlumatlara əsasən, yoluxanların sayı 610 742 nəfərə, ölənlərin sayı isə 23 759 nəfərə çatıb.

Share