Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının açılışında üç görkəmli bəstəkarın əsəri səsləndiriləcək

Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının açılışında üç görkəmli bəstəkarın əsəri səsləndiriləcək

03.08.2019

10:32

Hər il olduğu kimi, bu il də Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının açılış mərasimi M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında reallaşacaq.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Xalq artisti Rauf Abdullayevin bədii rəhbərliyi ilə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Rusiyanın məşhur violin ifaçısı P.İ.Çaykovski adına XVI Beynəlxalq Müsabiqənin birincisi Sergey Doqadin çıxış edəcək.

Proqramda Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Uvertüra, Yan Sibeliusun Skripka və orkestr üçün Konserti və görkəmli bəstəkar, Xalq artisti, akademik Arif Məlikovun əziz xatirəsinə onun 6 saylı Simfoniyası səsləndiriləcək.

Qeyd edək ki, sentyabrın 18-dən başlayacaq festival 30-dək davam edəcək

 

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email