Vətən müharibəsi Şəhidinin xatirəsinə açıq birincilik yarışı keçirildi

Vətən müharibəsi Şəhidinin xatirəsinə açıq birincilik yarışı keçirildi

24.11.2021 Off By Füzuli İsmayılov

Şəhid İlkin Məmmədovun əziz xatirəsinə cüdo yarışı keçirildi.

Peşəkar idman klubunun və tanınmış idmançı, Prezident mükafatçısı, dünya və avropa çempionu Cavidan Qarayevin dəstəyi ilə oğlanlar və qızlar arasında cüdo üzrə klub komandaları arasında açıq birincilik keçirilib.

Turnir 44 günlük Vətən müharibəsində qəhrəmancasına Şəhid olmuş, karate üzrə Avropa və Dünya çempionu İlkin Məmmədovun əziz xatirəsinə həsr edilib.

Yarış peşəkar idman klubunun zalında keçirilib.

180 idmançının (160 oğlan, 20 qız) iştirak etdiyi açıq birincilikdə 10 komanda qalib adı uğrunda mübarizə aparıb.İştirak edən komandalar Bakı, Sumqayıt və Xızıdan qatılıblar yarışa.

Qeyd edək ki, yarışda şəhid ailələri, şəhidin ailə üzviləri və dostlarıda iştirak edirdi.

Allah şəhidlərimizə rəhmət eləsin.

Qarabağ Azərbaycandır!

Share