Vətəndaşlar Prezident İlham Əliyevə yazırlar: Sizin çevik reaksiyanız, məqsədyönlü addımlarınız sayəsində ölkəmiz pandemiyaya qarşı uğurla mübarizə aparır

Vətəndaşlar Prezident İlham Əliyevə yazırlar: Sizin çevik reaksiyanız, məqsədyönlü addımlarınız sayəsində ölkəmiz pandemiyaya qarşı uğurla mübarizə aparır

18.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Dünyanı ağuşuna almış koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmaması, ölkəmizin bu bəladan daha az itki ilə çıxması üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, dövlətimizin başçısının xalqımıza göstərdiyi diqqət və qayğı vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır. Bununla əlaqədar Azərbaycan vətəndaşları Prezident İlham Əliyevə minnətdarlıq məktubları göndərməkdə davam edirlər.

Trend Prezidentin saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Salyan rayonunun Yolüstü kəndinin sakinləri Anar Ağarzayev, Tural Mehdiyev, Cavid HüseynovYaqub Bəşirov yazırlar: “Hörmətli cənab Prezident, Sizə ünvanladığımız təşəkkür məktubları xalqın doğrulan ümidlərinin sədasıdır. Biz bu sözləri böyük fərəh hissi ilə yazırıq. Dünyanın dörd bir yanında fitnə-fəsadlar törədən, insanları gərginlik içində saxlayan koronavirus pandemiyası bizi nə qədər məyus etsə də, bu gözəgörünməz düşmənə qarşı Sizin rəhbərliyinizlə ölkəmizdə aparılan mübarizə bizi bir o qədər nikbin olmağa ruhlandırır. Əgər xalq öz rəhbərindən ruh alırsa, onun mənəvi dəstəyini hiss edirsə, nə xoş bizim halımıza! Qayğıkeş və əziz Prezidentimiz, bir çağırışınız yetər ki, dağı dağ üstünə qoyaq. İnşallah, bu çətin günlərimizi də tezliklə tarixin yaddaşına köçürəcəyik. Necə ki, o tarixdə xalqımızın adı hər zaman mərdlik nümunəsi kimi göstərilib. Ulu Tanrıdan xalqımıza möhkəm cansağlığı diləyirik”.

Gəncə şəhərinin sakini Günel Əliyeva yazır: “Hörmətli cənab Prezident, dahi Üzeyir Hacıbəyli vaxtilə gördüyü bir mənzərədən təsirlənərək demişdi: “Elə yaşamalıyam, elə yaratmalıyam ki, yaşadığım hər gün, yaratdığım hər bir əsər tarixin dilli yaddaşı olsun”. Cənab Prezident, Sizin bu xalq üçün verdiyiniz hər bir sərəncam, ona göstərdiyiniz hər bir qayğı, sevgi tarixin dilli yaddaşı olub və olacaq. Siz gecənizi gündüzünüzə qataraq Azərbaycanı şanlı, qüdrətli, şərəfli ölkəyə çevirmisiniz. Biz güclüyük ona görə ki, bu xalqı qoruyan Siz varsınız. Biz Sizinlə birlikdə öz mədəniyyətimizlə, incəsənətimizlə, tolerantlığımızla dünyanı fəth edirik. Allah Sizi qorusun!”.

Bakı şəhərinin Xətai rayonunun sakini Alla Tağıyeva koronavirus epidemiyası şəraitində ölkəmizdə əhalinin təhlükəsizliyinin təmin olunması ilə bağlı gördüyü işlərə görə dövlətimizin başçısına minnətdarlıq edərək yazır: “Hörmətli İlham Heydər oğlu, koronavirus epidemiyası şəraitində ölkəmizdə əhalinin, o cümlədən yaşlı insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı gördüyünüz tədbirlərə görə ahıl insanlar adından Sizə dərin minnətdarlığımızı bildiririk. Hər bir vətəndaş Vətənini sevməli, onun qarşısında məsuliyyətini dərk etməlidir. Bir həftə əvvəl AzTV kanalında Azərbaycanın Xalq artisti Mənsum İbrahimovun konserti nümayiş etdirilirdi. O, yeni yaşayış massivindəki binalardan birinin mənzilinin eyvanında çıxış edirdi. Bir saatdan çox davam edən bu konsertdən təsirlənərək, mən də öz sevgimi aşağıdakı şeirlə ifadə edirəm:

Share