Vakant vəzifələr üzrə ümumi müsahibədə 13 namizəd uğur qazanıb

03.03.2020 Выкл. Автор admin

Ümumilikdə 8 dövlət orqanında 26 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 13-də elan olunmuş ümumi müsahibə davam edir.

AZƏRTAC DİM-in saytına istinadla xəbər verir ki, bu gün saat 12:30-a olan göstəricilərə görə, ümumi müsahibədə 13 nəfər uğur qazanıb. Onlardan 3-ü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, 2-si Maliyyə Nazirliyində, 2-si Energetika Nazirliyində, 2-si Ekologiya və Təbii Sərvətlər Nazirliyində, 1-i Diasporla İş üzrə Dövlət Komitəsində, 1-i Məhkəmə-Hüquq Şurasında, 1-i Kəlbəcər Rayon Məhkəməsində, 1 nəfər isə Kənd Təsərrüfatı Nazirliyində müxtəlif vəzifələrə uyğun bilinib.

Ümumi müsahibə martın 5-də başa çatacaq.

Qeyd edək ki, müsahibəyə ərizə qəbulu fevralın 3-də yekunlaşıb və 130 nəfər müraciət edib. Ən çox müraciət Ekologiya və Təbii Sərvətlər Nazirliyində (53 nəfər) və Energetika Nazirliyində (23 nəfər) qeydə alınıb.

Share