Varşavada təqdimat keçirilib

Varşavada təqdimat keçirilib

08.11.2019

11:22

Varşavada “Azərbaycan: Qafqazın mirvarisi, əbədi məşəl ölkəsi” adlı təqdimat keçirilib.

AZƏRTAC xəbər verir ki, təqdimat Azərbaycana turist kimi gələn polşalı səyyah Barbara Juxovska tərəfindən Bemova Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Videomateriallarla hazırlanmış təqdimatda Bakı, Qobustan, Şamaxı, İsmayıllı və Lahıc bölgələrində Azərbaycanın mədəniyyətini, mətbəxini və tarixi memarlığını əks etdirən məlumatlar iştirakçılara nümayiş etdirilib.

Tədbirdə iştirak edən Azərbaycanın Polşadakı Səfirliyinin əməkdaşı Sadiq Babayev təqdimatdan sonra bütün iştirakçılara səfirlik adından təşəkkürünü bildirib, hər kəsi gözəl diyar olan Azərbaycana dəvət edib.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email