Vergi hesabatlarının verilməsinin və vergilərin ödənilməsinin son müddəti açıqlanıb

Vergi hesabatlarının verilməsinin və vergilərin ödənilməsinin son müddəti açıqlanıb

20.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Xüsusi karantin rejimi dövründə vergi hesabatlarının verilməsinin və vergilərin ödənilməsinin son müddəti açıqlanıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 4 may saat 00:00-dək uzadılıb. Xüsusi karantin dövrü ilə əlaqədar fəaliyyəti məhdudlaşdırılmış sahələr üzrə qeyri-iş günlərinin vaxtının uzadılmasını, habelə Vergi Məcəlləsinin 68.2-ci maddəsinin müddəalarını əsas götürərək vergi hesabatlarının verilməsinin və vergilərin ödənilməsinin son müddəti aşağıdakı kimi müəyyən edilir:

– fəaliyyəti məhdudlaşdırılmış sahələr üzrə vergi ödəyiciləri tərəfindən 2019-cu ilin yekunlarına görə mənfəət (gəlir) və əmlak vergisi üçün illik hesabatların, cari ilin fevral və mart ayı üçün aylıq hesabatların və 2020-ci ilin birinci rübü üçün rüblük hesabatların, habelə cari vergi ödəmələri üzrə müvafiq arayışın verilməsi və vergilərin, o cümlədən cari vergi ödəmələrinin ödənilməsi müddəti – 4 may 2020-ci il.

 

Share