Viktor Orban: Prezident İlham Əliyevə

Viktor Orban: Prezident İlham Əliyevə

10.04.2020 Off By admin

Bakı. Trend:

Prezident İlham Əliyevə – mənim əziz dostuma Azərbaycan tərəfindən bizə göstərilən köməyə görə çox minnətdarıq.

Trend-in məlumatına görə, bunu Macarıstanın Baş Naziri Viktor Orban aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə çıxışı zamanı deyib.

Viktor Orban bildirib:

“Mən dostum cənab İlham Əliyevə məni bu viodeokonfransa dəvət etdiyinə görə minnətdarlığımı bildirirəm. Cənab Prezident Ərdoğan, Türkiyənin maska hazırlamaq üçün bizə materiallar göndərdiyinə görə Sizə təşəkkürümü bildirirəm. Biz bu xeyirxahlığı heç vaxt unutmayacağıq. Cənab Prezident Əliyevə – mənim əziz dostuma Azərbaycan tərəfindən bizə göstərilən köməyə görə çox minnətdarıq”.

Baş Nazir Viktor Orban qeyd etdi ki, vaksinin olmaması pandemiyanın ciddi fəsadlar törətməsinə səbəb olacaq. Macarıstan hökumətinin başçısı pandemiyanın qarşısının alınmasında tibbi heyətin, avadanlıqların və qoruyucu vasitələrin əhəmiyyətindən danışdı, pandemiyanın Avropada yaratdığı ağır iqtisadi vəziyyət barədə məlumat verərək dedi:

“Avropanın iqtisadi vəziyyəti birmənalı deyil. Bir çox Avropa ölkələrinin müəssisələri ağır vəziyyətdədir və bu vəziyyətdə qalacaq. İşsizlik geniş miqyas alıb, problemlər bundan sonra da davam edəcək. Sənayenin müəyyən sahələri çöküb. Avropanın iqtisadi vəziyyəti indi elədir ki, Avropa dövlətləri külli miqdarda kredit götürməyə məcburdur. Böhrandan sonra ölkələrin borcları daha çox olacaq”.

Share