"Xəzər TV"nin yayımı müvəqqəti dayandırıldı

"Xəzər TV"nin yayımı müvəqqəti dayandırıldı

18.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“Xəzər TV”nin yayımı müvəqqəti dayandırılıb.

bu gün səhər saat 08:00-dan kanalda heç bir proqram efirə getmir. Bu hal isə saat 09:00-a kimi davam edəcək.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının qərarına əsasən 7 may 2020-ci il tarixdə “Xəzər” televiziya kanalının efirində yayımlanan “Qəlb oğrusu” bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 40.2.2.-1-ci maddəsinin tələbləri pozulub. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “Xəzər” televiziya kanalının efirində 18 may 2020-ci il tarixdə proqramların yayımının 1 saatlıq müddətədək (saat 08:00-dan saat 09:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

Share