Xəzər Universitetində məlumatlandırıcı təqdimat

22.02.2020 Off By admin

Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin mütəxəssisləri – Aytac Nəsirli, Cəlalə Həsənova Xəzər Universitetinin əməkdaşları və tələbələri üçün koronavirus infeksiyası haqqında maarifləndirici təqdimat keçiriblər.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə ali təhsil ocağının Həyat elmləri departamentinin rəhbəri Asəf Ömərov zoonoz mənşəli xəstəliklərin insan sağlamlığında rolu, onların yayılması haqqında danışıb.

Sonra Mərkəzin mütəxəssisləri koronavirus infeksiyası, onun epidemiologiyası, etiologiyası, patogenezi, simptomları, laborator diaqnostikası, profilaktikası, müalicəsi haqqında məlumat verib, qonşu ölkələrdə xəstəliyin son statistik məlumatlarını diqqətə çatdırıblar.

Mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.

Tədbirin sonunda universitetin rektoru İradə Xəlilova ali təhsil ocağında aparılmış ümumi profilaktika tədbirlərindən danışıb. Rektor, həmçinin gözlənilməsi vacib olan fərdi gigiyena qaydaları haqqında seminar iştirakçılarını məlumatlandırıb.

Share