"Xanım özünü kişiyə döydürməməlidir" –  Sərxan Kərəmoğlu

"Xanım özünü kişiyə döydürməməlidir" – Sərxan Kərəmoğlu

16.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Aparıcı Sərxan Kərəmoğlu qadına şiddəti dəstəkləyib.

“Səni axtarıram” verilişində qonaq olan Kərəmoğlu açıqlaması ilə hamını təəccübləndirib.

Proqram zamanı əri tərəfindən döyülən qadın müzakirə olunub.

Sərxan isə məsələyə münasibət bildirərkən bunları deyib:

“Bəzi fikirlərlə razılaşa bilmərəm. Xanım zəif deyil. Xanımlarda olan güc, qüvvət kişilərin 90 faizində yoxdur. Çünki dözümlüdürlər. Kişi içkili vəziyyətdə xanımı döyə bilər, düzdür döyməməlidir. Əgər xanım özünü illərcə döydürürsə, xanımdan soruşmaq lazımdır ki, nə edirsən ki kişi dəli olur?”.

Sərxan aparıcı Xoşqədəm Hidayətqızının “Xanım etiraz edib çıxanda da, evdə qalanda da pisdir. Döyülən qadına dəstək çıxmalıyam” sözlərinə “Siz bizi fikir olaraq yönəldə bilmərsiniz ki, xanıma dəstək çıxıb, tərifləməliyik. Xanım özünü kişiyə döydürməməlidir. Bir dəfə döyüldü, ikinci dəfə döydürməməlidir, getməlidir” sözləri ilə etiraz edib.  

Share