Xarici valyutada problemli kreditlərin həcmi azalıb

Xarici valyutada problemli kreditlərin həcmi azalıb

11.04.2020 Off By admin

Azərbaycanda xarici valyutada olan problemli kreditlərin həcmi fevral ayı ərzində 2%-ə yaxın azalaraq cari il martın 1-nə milli valyuta ekvivalentində 567,7 mln. manat təşkil edib.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, bu kateqoriyadan olan problemli kreditlərin həcmi örtən ilin eyni dövrü ilə müqayisədə isə 28,4% azalıb.

Qeyd edək ki, 2020-ci il martın 1-nə əsasən maliyyə və kredit təşkilatları tərəfindən ölkə iqtisadiyyatına cəmi kredit qoyuluşu 15 696,4 mln. manat təşkil edib. Bunun isə 1 297,8 mln. manat və ya 8,3%-nin vaxtı keçib.

2020-ci il martın 1-nə əsasən vaxtı keçmiş kreditlərin 56,3%-i milli valyutada, 43,7%-i xarici valyutada olub.

Xatırladaq ki, xarici valyutada kreditlərin problemli kreditlərdə xüsusi çəkisi ötən ilin müvafiq dövründəki 50,3% təşkil edib.

Share